Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən 8 terrorçudan ikisi axtarışda olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, məhv edilən terrorçuların şəxsiyyətləri müəyyənləşdirilərkən məlum olub ki, öldürülənlərdən biri "Sarya" ləqəbli Emine Toy, digəri isə "Baran" ləqəbli Yılmaz Begiçdir. Hər iki terrorçunun adı Daxili İşlər Nazirliyinin müəyyən etdiyi təhlükəli terrorçular siyahısında olub.