Özbəkistanla Türkiyə arasında ticarət mübadiləsi yaxın illərdə 5 milyard dollara çatdırılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin Sammiti çərçivəsində Türkiyə və Özbəkistanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğa və Şavkat Mirziyoyevin görüşü zamanı bildirilib.
Özbəkistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif layihələrin həyata keçirilməsi məsələləri ətraflı müzakirə edilib.
Qeyd olunub ki, Özbəkistan prezidentinin 2017-ci ildə Türkiyəyə rəsmi səfəri zamanı tərəflər 3,5 milyard dollar dəyərində 20 sənəd imzalayıb. Bu, son 18 ildə Özbəkistan pPrezidentinin Türkiyəyə ilk səfəri olub.
Ötən ilin mayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri zamanı isə 3 milyard dollar həcmində sənədlər imzalanıb.