logo

"G20" ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq

11:39 15-06-2019 | icon 2905
"G20" ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq

İyunun 28-29-da Osakada keçiriləcək "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin sammiti zamanı təhlükəsizliyi təmin etmək və ictimai asayişi qorumaq üçün 25 mindən çox polis cəlb ediləcək. 

 YeniAvropa  Yaponiyanın "Kyodo" agentliyinə istinadla xəbər verir ki, bu barədə iyunun 14-də Osaka polis bölmələrinə təntənəli baxış zamanı məlumat verilib.

Hazırda Yaponiyanın hər yerindən xüsusi təyinatlı qüvvələr də daxil olmaqla, polislər Osakaya toplanır. Onlar sammitin keçiriləcəyi obyektləri və liderlərin rezidensiyaları ilə yanaşı, açıq əraziləri və nəqliyyatın hərəkətini də nəzarətdə saxlayacaqlar. Sammit zamanı, ərazidə nəqliyyatın hərəkəti ilə bağlı ciddi məhdudiyyətlərin tətbiq ediləcəyi gözlənilir.

Təşkilatçıların hesablamalarına görə, "G20" liderlərinin sammiti zamanı Osakaya nümayəndə heyətlərinin üzvləri və jurnalistlər daxil olmaqla təqribən 30 min nəfərin gələcəyi gözlənilir.

Qeyd edək ki, təqribən 2,7 milyon sakini olan Osaka Tokio və Yokhamadan sonra Yaponiyanın əhalinin sayına görə üçüncü böyük şəhəridir.