logo

Berlində İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb

11:05 15-06-2019 | icon 2933
Berlində İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb

Berlinin Aleksanderplats meydanı yaxınlığında inşaat işləri zamanı II Dünya müharibəsinə aid bomba aşkar edilib. Bununla əlaqədar şəhərdə azı 3 min nəfər təxliyə olunub. Bu barədə RBB teleradiostansiyası polisə istinadla məlumat yayıb.

 YeniAvropa  "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, çəkisi 100 kiloqram olan bomba zərərsizləşdirilib.

Xatırladaq ki, II Dünya müharibəsinin sonunda Hitler Almaniyasına 2 milyondan çox müxtəlif ölçüdə bomba atılıb. Onların 20 faizindən çoxu partlamayıb. Ona görə də yol örtüyü işlərində və yeni binaların təməli qoyulanda bombalar aşkar olunur və zərərsizləşdirilir.

İndiyədək ən kütləvi təxliyə 2017-ci ilin sentyabr ayında Frankfurtda olub. O zaman bombanın zərərsizləşdirilməsi üçün 60 min insan təxliyə edilib.