logo

Gömrükçülər 3,5 ton fil dişi  müsadirə ediblər

15:07 14-06-2019 | icon 3759
Gömrükçülər 3,5 ton fil dişi  müsadirə ediblər

Vyetnamın gömrük əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 3,5 ton fil dişi və 4 ton panqolin pulcuğunu müsadirə ediblər.

 YeniAvropa  Vyetnam Xəbər Agentliyinə istinadla xəbər verir ki, gömrük işçiləri Hay Ponq limanında konteynerlərə baxış keçirərkən polad çəlləklərdə fili dişi və panqolin pulcuğunu aşkarlayıblar. Məsələ ilə əlaqədar cinayət işi başlanılıb.

Vyetnam qanunlarına əsasən, fil dişi və panqolin pulcuğu da daxil olmaqla, nəsli kəsilməkdə olan heyvanların qiymətli orqanlarının qanunsuz ticarətini edənləri 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, dünyanın ən çox satılan məməliləri olan panqolinlərin nəslinin tükənməsi təhlükəsi var. Afrika və Asiya qitələrində 8 növü yaşayan bu heyvanlar dünyada yeganə pulcuqlu məməlilərdir.

Dünya Vəhşi Təbiət Fondunun hesabatına əsasən, planetimizdə ildə 20 min Afrika fili qazanc məqsədilə öldürülür ki, bu da nəticədə həmin heyvan növünün tamamilə yox olmasına gətirib çıxara bilər.