İyunun 12-də Gürcüstanda ardıcıl olaraq eyni bölgədə iki zəlzələ baş verib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, birinci yeraltı təkanlar yerli vaxtla saat 12:44-də Samtsxe-Cavaxetiya bölgəsində, Axaltsixe rayonunun Atskuri kəndində 3,3 bal gücündə qeydə alınıb. Bir dəqiqə sonra kənddə 3,5 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Yerli sakinlər zəlzələni hiss ediblər.
Dağıntı və tələfat barədə məlumat verilmir.