logo

Dehlidə havanın temperaturu 48 dərəcəyə çatıb

20:16 10-06-2019 | icon 2723
Dehlidə havanın temperaturu 48 dərəcəyə çatıb

Hindistanın paytaxtı Dehlidə havanın temperaturu iyunun 10-da günortadan sonra rekord həddə - 48 dərəcəyə çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb. Bildirilir ki, bu göstərici paytaxt ətrafındakı Palam yaşayış məntəqəsində qeydə alınıb. Havanın belə yüksək həddə çatmasına quru külək də təsir göstərib.

Departamentin hava proqnozları üzrə məsul işçisi Kuldip Srivastava PTI agentliyinə müsahibəsində deyib ki, quru və isti küləyin hakim olduğu bu cür isti hava növbəti günlərdə cənub-qərb küləklərinin təsiri ilə bir neçə dərəcə sərinləyəcək. Departament şəhər əhalisini istidən qorunmaq üçün xəbərdar edib.

Xatırladaq ki, Dehlidə havanın yüksək temperaturu ilə bağlı əvvəlki rekord göstərici (47,8 C) 2014-cü il iyunun 9-da yenə Palamda qeydə alınmışdı.