logo

Korrupsiyaya görə Pakistanın sabiq prezidenti həbs edildi

18:57 10-06-2019 | icon 3094
Korrupsiyaya görə Pakistanın sabiq prezidenti həbs edildi

Pakistanın korrupsiya ilə mübarizə idarəsi ölkənin sabiq prezidenti, Pakistan Xalq Partiyasının həmsədri Asif Əli Zərdarini bank hesabları ilə dələduzluq işi üzrə həbs edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, sabiq prezident İslamabad məhkəməsinin onun barəsində hökm çıxardıqdan sonra həbs olunub. Zərdari bu qərardan Pakistanın Ali Məhkəməsinə şikayət etmək hüququna malikdir.

Ölkənin Federal Təhqiqat Agentliyi Asif Əli Zərdarinin, onun bacısı Faryal Talpurun və “Omni Group” kompaniyasının sədri Ənvər Məcidin saxta bank hesabları vasitəsi ilə çirkli pulların yuyulmasında iştiraklarını araşdırır. Təhqiqat Zərdarinin istefaya getdiyi 2013-cü ildən başlayıb.

2008-2013-cü illərdə Pakistana rəhbərlik edən və hazırda federal parlamentin aşağı palatasının deputatı olan Asif Əli Zərdari prezidentliyi dövründə çirkli pulların yuyulması və bank hesabları ilə dələduzluqda ittiham olunur. O özünə qarşı sürülən bütün ittihamları rədd edir.