logo

Prezident modul tipli məktəblərin quraşdırılmasna 18 milyon manat ayırdı

18:30 10-06-2019 | icon 5320
Prezident modul tipli məktəblərin quraşdırılmasna 18 milyon manat ayırdı

Prezident İlham Əliyev iyunun 10-da  “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir  ki, sərəncama əsasən, respublika ərazisində siyahısı göstərilən modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18,0 (on səkkiz) milyon manat vəsait Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamda qeyd olunub ki, son illərdə ölkədə təhsilin inkişafı sahəsində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Respublikanın şəhər və rayonlarında 3200-dən çox məktəbdə tikinti, əsaslı təmir-bərpa və yenidənqurma işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xeyli dərəcədə genişlənib.