logo

Çinin valyuta ehtiyatları 3 trilyon 100 milyard dollatı ötüb

15:16 10-06-2019 | icon 3220
Çinin valyuta ehtiyatları 3 trilyon 100 milyard dollatı ötüb

Çinin valyuta ehtiyatları may ayında ötən ilin avqust ayından bəri maksimuma çataraq 3 trilyon 101 milyard dollar təşkil edib.

 YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Bankının dərc etdiyi məlumatda bildirilir.

Çin, həmçinin mütəmadi olaraq altı aydır qızıl alışını da artırır. Hazırda ölkənin qiymətlı metal ehtiyatları 1916 tona çatıb. Çin Xalq Bankı may ayında 15,6 ton qızıl alıb.

Çinin qızıl ehtiyatlarının həcmi may ayının sonlarında 79,8 milyard dollara yüksəlib.