Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində “exit-poll”un nəticələrinə görə, seçicilərin 70,13 faizi Kasım-Jomart Tokayevə səs verib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, seçkilərdə hakim "Nur Otan" partiyasından Kasım-Jomart Tokayevla birgə yeddi namizəd mübarizə aparıb.
Qeyd edək ki, cari ilin mart ayında Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin istefa verməsindən sonra Kasım-Jomart Tokayev müvəqqəti dövlət başçısı təyin edilib.