Qazaxıstanda prezident seçkiləri ilə bağlı səsvermə yerli vaxtla saat 21:00-da başa çatıb. Ölkənin 17 bölgəsindən 12-də səsvermə Nur-Sultan vaxtı ilə 20:00 yekunlaşıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının saat 20:00-a olan nəticəsinə görə, seçicilərin 77 faizdən çoxu səsvermədə iştirak edib. MSK seçicilərin sayının 11 milyon 947 min 995 nəfər olduğunu bildirib.
Qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə yerli vaxtla səhər saat 07:00-da başlayıb.
Səsvermə başa çatandan sonra “exit-poll”un ilkin nəticələri elan olunacaq. Səslərin hesablanması və protokolların tərtib edilməsi səsvermədən dərhal sonra başlayacaq və 12 saatdan gec olmayaraq yekunlaşacaq. Səsvermənin nəticələri bir həftə ərzində, yəni, iyunun 16-dək dərc olunmalıdır.
Seçicilər ölkə ərazisində və onun hüdudlarından kənarda yaradılmış 9968 seçki məntəqəsində səs veriblər.
Xatırladaq ki, seçkilərdə 7 namizəd - hazırkı dövlət başçısı Kasım-Jonərd Tokayev, Amangəldi Taspixov(Qazaxıstan Həmkarlar federasiyası), Sadıbek Tuqel(Milli at idmanı federasiyasının bitse-prezidenti), Toleytay Raximbekov(Elmi-tədqiqat mərkəzinin sədri), Jambıl Axmetbekov(deputat), Amirjan Kosanov(Sosoal tədqiqatlar mərkəzinin prezidenti) və ilk qadın namizəd, deputat Daniya Yespayeva iştirak edib.