logo

Petro Poroşenko Ukraynanın yeni baş naziri olacağını istisna etməyib

19:50 09-06-2019 | icon 3241
Petro Poroşenko Ukraynanın yeni baş naziri olacağını istisna etməyib

Sabiq prezident Petro Poroşenko Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gələcəkləri halda ölkənin yeni baş naziri olacağını istisna etməyib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Ukraynanın beşinci prezidenti P.Poroşenko bu barədə rəhbəri olduğu “Avropa həmrəyliyi” partiyasının bazar günü keçirilən qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, parlament seçkilərində qalib gəldikləri halda baş nazir olmaq şansı böyükdür.

Xatırladaq ki, bugünkü qurultayda partiyanın növbədənkənar parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısı təqdim edilib. Partiyanın siyahısında ilk onluğa tanınan simalardan Petro Poroşenko, Ali Radanın sədri Andrey Parubiy, Ali Rada sədrinin birinci müavini İrina Qeraşenko, müharibə veteranı Mixail Zabrodskiy, teleaparıcı Sofiya Fedina, Krım tatarlarının rəhbərləri Mustafa Cəmilov, Atyom Çiyqoz daxildir.

Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.