logo

Moldovada siyasu böhran: prezident vəzifədən getdi, növbədənkənar parlament seçkiləri təyin edildi

14:33 09-06-2019 | icon 3164
Moldovada siyasu böhran: prezident vəzifədən getdi, növbədənkənar parlament seçkiləri təyin edildi

Moldovada dərinləşməkdə olan siyasi böhran bu gün pik həddinə çatıb.  Rrezident vəzifədən kənarlaşdırılıb, ölkədə növbədənkənar parlament seçkiləri sentyabrın 6-a təyin edilib.

YeniAvropa xəbər verir  ki, Konstitusiy Məhkəməsi koalision hökuməti iyunun 7-nə qədər formalaşdırmadığı üçün səlahiyyətlərinə uyğun olaraq parlamenti buraxmalı olan, amma bunu etməyən prezident İqor Dodonu vəzifəsindən kənarlaşdırıb. Onun səlahiyyətlərini baş nazirin vəzifəsini icra edən, oliqarx Plaxotnyukun Demokrat partiyasının üzvü Pavel Filipə həvalə edib.

Məsələ burasındadır ki, Moldovada iyunun 8-dən etibarən faktiki olaraq iki hökumət var. Biri Pavel Filipin fevralda keçirilmiş parlament seçkilərindən əvvəl formalaşdırılmış, amma yeni hökumət formalaşdırılmadığı üçün səlahiyyətlərinin icrasına davam edən kabineti, digəri isə iyunun 8-də rusiyameylli sosialistlərlə avropameylli ACUM blokunun müvəqqəti koalisiyasının yaratdığı, Maya Sandunun başçılıq etdiyi kabinet.

Moldova konstitusiyasına əsasən parlamentdə təmsil olunan siyasi qüvvələr ən geci iyunun 7-nə qədər hökuməti formalaşdırmalı idi. Əks halda parlament buraxılmalı və yeni seçkilər keçirilməlidir. Lakin bu müddət başa çatsa da prezident Dodon parlamenti buraxmayıb, ertəsi gün isə parlamentdə müvəqqəti koalisiya formalaşıb.

Konstitusiya Məhkəməsinin qərarına görə İqor Dodonun prezident səlahiyyətləri əlindən alınır və onun səlahiyyətlərini icra edən Pavel Filip parlamenti buraxıb yeni seçkilər təyin etməlidir.  

Dodon isə məhkəmənin onu vəzifəsindən müvəqqəti kənarlaşdırmasını “hakimiyyətin uzurpasiyası üçün növbəti çarəsiz addım” adlandırıb. Onun sözlərinə görə, “uzurpatorlara” qarşı yeganə yol daxili və xarici səfərbərlik, sərt təzyiqdir.

Konstitusiya Məhkəməsinin qərarından bir neçə saat əvvəl Plaxotnyuka bağlı Publika.TV İqor Dodonla bu oliqarx arasında məxfi görüşə dair gizli videogörüntüləri yayıb. Kadrlara əsasən tərəflər Rusiya səfirinin iştirakı ilə hansısa razılaşma imzalamaq barədə danışırlar Dodon vəd edir ki, Rusiya Plaxotnyuka qarşı qaldırılmış cinayət işlərini ləğv edəcək. Eyni zamanda o Rusiyadan “partiyasını saxlamaq üçün” ildə 1 milyon dollar aldığını etiraf edir. Görüşdə Moldovanın federallaşması məsələsindən də danışılır.

Dodon əvvəlcədən elan etmişdi ki, onun iştirakı ilə hansısa videonu yaymaq istəyirlər və bu videonun montaj olduğunu bəribaşdan bildirir.

Xatırladaq ki, Moldova prezidenti İqor Dodon demokratların onu istefaya göndərmək üçün bütün vasitələrdən istifadə etdiyini açıqlamışdı. İ.Dodon ona və ailəsinə qarşı təzyiqlərin artdığını bəyan etmişdi.

“Mənə dəqiq məlumat daxil olub ki, yeni Baş naziri təyin etməmək və parlamenti buraxmaq üçün opponentlərim təzyiqləri artıracaqlar. Bəyan edirəm ki, hər hansı güzəştə getməyəcəyəm”, - deyə Dodon əlavə edib.