logo

Tereza Mey partiya sədrliyindən istefa verib

21:51 07-06-2019 | icon 2933
Tereza Mey partiya sədrliyindən istefa verib

Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün Mühafizəkarlar partiyasının lideri postunu tərk edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, yeni lider seçilənə qədər o, baş nazir vəzifəsini icra edəcək.

Partiyanın yeni lideri iyulun 22-də elan olunacaq.

Qeyd edək ki, Tereza Mey iki həftə əvvəl partiya rəhbərliyindən istefa verəcəyini açıqlamışdı.