Gürcüstanda Kazbeqi bölgəsində, Stepantsiminda qəsəbəsi yaxınlığındakı dağlıq ərazidə helikopter qəzaya uğrayıb. Nəticədə üç nəfər ölüb.
YeniAvropa xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyində (DİN) faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Hələlik helikopterin qəzaya uğramasının səbəbləri məlum deyil.
Gürcüstanın Mülki Aviasiya Agentliyi bildirib ki, Helikopterdə “qara qutu” olmayıb.
Amerika-Kanada birgə istehsalı olan "BELL-505" markalı helikopter 2018-ci ildə istehsal olunub. Bu ilin may ayında helikopter texniki baxışdan keçib.
Hadisə şahidlərinin sözlərinə görə, helikopter 50-60 metr hündürlükdə uçub və havada alovlanıb.
Ölənlərin birinin pilot, ikisi isə otel işçisi olduğu bildirilir.