“Boeing 737" təyyarələrinin istismara qaytarılması çox vaxt aparacaq
“Boeing 737 MAX” təyyarələrinin istifadəyə qaytarılması prosesi laynerin bundan əvvəlki modellərində yoxlamaların aparılması səbəbindən çox çəkəcək.
YeniAvropa “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, ABŞ Federal Aviasiya İdarəsi “Boeing 737” təyyarələrinin əvvəlki modellərinin təhlükəsizliyini şübhə altına almır, lakin pilotların fövqəladə vəziyyətlərdə həyata keçirdiyi prosedurların dəqiqliklə yoxlanmasını tələb edir. Əlavə yoxlamalar bir neçə ay çəkə bilər.
Qurum “Boeing” korporasiyasının hazırladığı yenilənmiş proqram təminatının sertifikasiyası ilə yanaşı pilotların hazırlıq prosesinə dəyişikliklərin edilməsində də israrlıdır. Burada 737 ailəsinin bütün laynerlərinin pilotlarından söhbət gedir.
Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri təhlükəsizlik mülahizələrinə əsasən “Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyasının rəhbəri Dennis Melenberq qəzadan öncə hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf edib.
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı