Azərbaycan cüdoçusu Hidayət Heydərov Çinin Hohhot şəhərində keçirilən cüdo üzrə "Qran-Pri" turnirinin finalına vəsiqə qazanıb.
YeniAvropa xəbər verir ki, "Qran-Pri"nin ikinci günündə mübarizəyə qoşulan Hidayət Heydərov (73 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Viktor Skvartov olacaq.
Xatırladaq ki, Çin "Qran-Pri"sində 43 ölkədən 300-dən çox cüdoçu iştirak edir. Beynəlxalq Cüdo Federasiyasının Çinin Hohhot şəhərində keçirilən "Qran-Pri" turniri ilə bağlı hazırladığı posterdə tanınmış cüdo ustaları ilə birgə Azərbaycan idmançısı Hidayət Heydərovun da şəkli yer alıb
Qeyd edək ki, Hidayət Heydərov mayın 10-12-də Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirinin qalibi olub.