Böyük Britaniyanın baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının lideri postundan gedəcəyini elan edib.
YeniAvropa Britaniya KİV-lərinə istinadla xəbər verir ki, müvafiq addımı atmağa onu Nazirlər Kabinetinin Aİ ilə yenilənmiş sazişdən narazı qalan üzvləri də daxil olmaqla, öz partiyasının üzvləri vadar ediblər.
Bu o deməkdir ki, Tereza Mey həm də ölkənin baş naziri postunu tərk etməlidir.