logo

Türkiyədə bələdiyyə sədri bıçaqlanaraq öldürülüb

12:58 24-05-2019 | icon 2877
Türkiyədə bələdiyyə sədri bıçaqlanaraq öldürülüb

Türkiyənin Konya əyalətinin Doğanhisar şəhər bələdiyyəsinin sədri İhsan Öztoklu döş qəfəsindən bıçaqlanaraq öldürülüb.

YeniAvropa xəbər verir  ki, bu barədə “Hürriyet” qəzeti  Milliyyətçi Hərəkat Partiyasının (MHP) Konya əyalət təşkilatının sədri Murat Çiçekə istinadla xəbər yayıb. Xəbərdə qeyd edilib ki, İ.Öztokluya Konya şəhərində bıçaqla hücum olub. Hüquq-mühafizə orqanları hadisəyə görə 3 şübhəli şəxsi saxlayıb. Faktla bağlı istintaq davam edir.

Hadisədə keçmiş bələdiyyə sədri, martın 31-də İYİ Partiyanın namizədi olmuş Abdullah Koçun da adı hallanır. O, seçkilərdə 40,4 faiz səs toplayaraq uduzub.

xatırladaq ki, İ.Öztoklu evli və iki övlad atasıdır. O, cari il martın 31-də keçirilən bələdiyyə seçkilərində MHP-dən “Cumhur İttifakı”ının namizədi olaraq iştirak edib və 52,46 faiz səs toplayaaraq qalib gəlib. İ.Öztoklub bu gün Doğanhisarda dəfn ediləcək.