İsrailin Təl-Əviv şəhərindən Gürcüstanın Batumi şəhərinə uçan sərnişin təyyarəsi havaya qalxdıqdan bir müddət sonra Təl-Əvivin “Ben Qurion” hava limanına məcburi eniş edib.
YeniAvropa Gürcüstan mətbuatına istinadla xəbər verir ki, buna səbəb təyyarənin sol mühərrikinin yanması olub.
“Eİ Aİ” aviaşirkətinə məxsus olan təyyarənin göyərtəsində 194 sərnişin olub. Sərnişin və heyət üzvlərindən heç kim xəsarət almayıb.
Aviaşirkətin Gürcüstandakı nümayəndəsi bildirib ki, təyyarə texniki nasazlıq səbəbindən məcburi eniş edib.
Sərnişinlər başqa təyyarə ilə Batumiyə uçacaqlar.