logo

Boks yarışları "Tokio-2020"  Yay Olimpiya Oyunlarında saxlanıldı

15:59 23-05-2019 | icon 3486
Boks yarışları "Tokio-2020"  Yay Olimpiya Oyunlarında saxlanıldı

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaydığı məlumata görə, boks idman növü “Tokio 2020”  Yay Olimpiya Oyunlarının proqramında qalacaq. Lakin Beynəlxalq Boks Federasiyası bir sıra problemlərə görə yarışların təşkilindən kənarlaşdırılacaq.

 YeniAvropa  Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə BOK-un İcraiyyə Komitəsinin İsveçrədə keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən, BOK İcraiyyə Komitəsi Olimpiada zamanı boks yarışlarının təşkili ilə məşğul olacaq xüsusi şöbə yaradacaq.