Mayın 22-də Çexiyada boks üzrə Usti-nad-Labem "Qran-Pri"si start götürüb.
YeniAvropa xəbər verir ki, dörd gün davam edəcək beynəlxalq turnirdə Azərbaycanın dörd boksçusu mübarizə aparır.
Komandamızın üzvləri Elvin Məmişzadə 52, Sərxan Əliyev 63, Lorenzo Sotomayor 69, Alfonso Dominqes 81 kiloqram çəki dərəcələrində medallar uğrunda yarışırlar.