Mayın 23-dən 25-dək İtaliyanın Sassari şəhərində güləş üzrə Matteo Pellikone Memorialı keçiriləcək.
YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi qadın güləşçilərimiz təmsil edəcəklər.
Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında son Avropa çempionatının medalçıları - Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova (hamısı 62 kq) İtaliyada da uğur qazanmağa çalışacaqlar.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.