Mayın 24-26-da Çinin Hohhot şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.
YeniAvropa xəbər verir ki, Azərbaycanı yarışlarda altı kişi, bir qadın cüdoçu təmsil edəcək. Qran-Pridə kişi cüdoçuların mübarizəsində Kəramət Hüseynov, Tofiq Məmmədov (60 kq), İsmayıl İbrahimov (66 kq), Rüfət Məmmədov, Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qüvvələrini sınayacaqlar. Qadınların yarışında isə Aleksandra-Larisa Florian (57 kq) mübarizə aparacaq.
Çin Qran-Prisində 44 ölkədən 345 cüdoçu iştirak edəcək.