logo

Atletlərimiz Çində beynəlxalq turnirdə mübarizə aparacaqlar

20:51 21-05-2019 | icon 2968
Atletlərimiz Çində beynəlxalq turnirdə mübarizə aparacaqlar

Mayın 21-də Çinin Nancinq şəhərində atletikanın bütün növləri üzrə beynəlxalq turnir keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Atletika Federasiyasından bildiriblər. Qeyd edilib ki, “2019 Nanjing World Challenge” turnirində Azərbaycanı Nazim Babayev (üç təkanla tullanma) və Anna Skidan (çəkicatma) təmsil edəcəklər.

Qeyd edək ki, Nazim Babayev bir neçə gün əvvəl Yaponiyanın Osaka şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. Anna Skidan isə turniri altıncı pillədə başa vurub.