İyunun 1-2-də Rumıniyanın Kluj-Napuka şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçiriləcək.
YeniAvropa xəbər verir ki, turnirdə ölkəmizi qadınların yarışında təmsil edəcək cüdoçuların adlarına aydınlıq gəlib.
Kluj-Napuka tatamisində Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Şəfəq Məmmədova, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Elmira Mustafayeva, İçinkorloo Munxtsedev (hər ikisi 57 kq), Günel Həsənli və Aida Baxışova (hər ikisi 70 kq) mübarizə aparacaqlar.
İndiyədək 26 ölkədən 335 cüdoçu Avropa kubokunda iştirakını təsdiqləyib.