logo

Zelenski: Ali Rada buraxılacaq,iki ay ərzində yeni seçkilər keçiriləcək

13:03 20-05-2019 | icon 6055
Zelenski: Ali Rada buraxılacaq,iki ay ərzində yeni seçkilər keçiriləcək

Ukrayna Ali Radası buraxılacaq, iki ay müddətinə növbədənkənar parlament seçkiləri keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə Ukraynanın altıncı prezidenti Vladimir Zelenski bu gün keçirilən andiçmə mərasimindəki çıxışında bildirib. O, həmçinin parlamentə müraciət edərək baş prokuroru, müdafiə nazirini və Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifələrindən azad etməyə çağırıb.

Vladimir Zelenski çıxışında daha sonra deputat toxunulmazlığının ləğv olunacağını da açıqlayıb. O, qeyd edib ki, deputatlar əməllərinə görə cavab verməlidirlər.