ABŞ-ın “Exxon Mobil” şirkəti İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya edir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, şirkət Bəsrədən xarici vətəndaşları və ikili vətəndaşlığı olan neftçilərin evakuasiyasını davam etdirir.
“Exxon Mobil” 2 gün ərzində bir qrup işçini evakuasiya edib və bu gün başqa qrupun neft yatağından ayrıldığı bildirilir.
Buna səbəb kimi İran-ABŞ gərginliyi göstərilir.
Şirkət hələ ki, bununla bağlı rəsmi açıqlama yaymayıb.
Xatırladaq ki, ötən həftə ABŞ İraqdakı “fövqəladə işçi olmayan” dövlət məmurlarını geri çağırmışdı.