logo

13 cüdoçumuz Avropa kuboku turnirində mübarizə aparır

12:29 18-05-2019 | icon 3129
13 cüdoçumuz Avropa kuboku turnirində mübarizə aparır

Mayın 18-də Orenburqda cüdo üzrə Avropa kuboku turniri start götürüb.

YeniAvropa xəbər verir  ki, qitə turnirində Azərbaycanı 13 cüdoçu təmsil edir. Balabəy Ağayev (60 kq), Nurlan Osmanov, İlkin Babazadə, İbrahim Əliyev, Orxan Hacıağalı, Elbrus Zamanov (hamısı 66 kq), Telman Vəliyev, Kərim Allahverdiyev (73 kq), Murad Fətiyev (81 kq), Qurban Qurbanov, Aslan Mirzəyev (90 kq), Kənan Abdullaxanlı (100 kq) və Rüstəm Kotsoyev (100 kq-dan yuxarı) Avropa kubokunun medalları uğrunda mübarizə aparırlar.

Turnirə mayın 19-da yekun vurulacaq.