logo

Nur-Sultanda Dünya Ticarət Mərkəzinin təməli qoyulub

18:52 17-05-2019 | icon 3031
Nur-Sultanda Dünya Ticarət Mərkəzinin təməli qoyulub

Mayın 17-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində  Dünya Ticarət Mərkəzinin təməlqoyma mərasimi keçirilib. YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, tədbirdə  şəhərin akimi (qubernatoru) Baxıt Sultanov iştirak edib.

Mərasimdə çıxış edən “Nest Investments Holdings” şirkətinin korporativ investisiyalar direktoru Mehran Eftekhar mərkəzin 90 ölkədə təmsil olunan ən böyük ticarət mərkəzlərindən biri olacağını deyib.

Qeyd edək ki, "Astana-EXPO"nun ərazisində tikilməsi planlaşdırılan mərkəz 150 metr hündürlükdə göydələndən ibarət olacaq və  2 hektar ərazidə yerləşəcək. Layihəyə təxminən 200 milyon ABŞ dolları sərmayə qoyulacaq. Kompleks tam şəkildə xarici investisiyalar vasitəsilə həyata keçiriləcək.

Xatırladaq ki, Dünya Ticarət Mərkəzi binaları Nyu-York, Amsterdam, Tokio, Seul və Dubayda yerləşir.