logo

Vladimir Zelenski Ali Radanı buraxmaq niyyətindədir

13:55 17-05-2019 | icon 3171
Vladimir Zelenski Ali Radanı buraxmaq niyyətindədir

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Ali Radanı buraxmaq qərarına gəlib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Ukrayna prezidentinin müşaviri Dimitri Razumkov “1+1” telekanalının “Hakimiyyət hüququ” proqramının efirində deyib.

“Vladimir Zelenski Ali Radanı buraxacaq, çünki bunun üçün parlamentdə koalisiyanın olmaması kimi bir sıra səbəblər mövcuddur. Fikrimcə, bu gün koalisiya ona görə mümkün deyil ki, iki koalisiya fraksiyasının 226 xalq deputatı yoxdur”, - deyə Razumkov bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Vladimir Zelenskinin seçki qərargahı parlamentin buraxılması barədə video petisiyanı dərc edib. Zelenskinin özü isə seçki kampaniyasının gedişində Radaya növbədənkənar seçkilərin keçiriləcəyinin mümkünlüyünü bildirib. Ukrayna parlamentinə növbəti seçkilər oktyabrın sonlarında keçirilməlidir. Vladimir Zelenskinin inauqurasiyası isə mayın 20-nə planlaşdırılıb. Konstitusiyaya əsasən, prezident parlamentin səlahiyyətinin sona çatmasına 6 aydan az qalmadığı halda, yəni mayın 27-dək Radanı buraxmaq və növbədənkənar seçkilər keçirmək hüququna malikdir.