Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına mayın 14-də yekun vurulub.
YeniAvropa xəbər verir ki, turnirdə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub.
Qran-Prinin qalibi adını aktivində 4 qızıl və 4 bürünc medal olan Özbəkistan seçməsi qazanıb. Ukrayna 1 qızıl, 1 gümüş və 2 bürünc medalla üçüncü olub.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən turnirdə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparıb. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edib. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatami üzərinə çıxıb. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırıb.