logo

 Şəhriyar Məmmədyarov FIDE-nin may ayı reytinqində 5-cidir

15:22 01-05-2019 | icon 2849
 Şəhriyar Məmmədyarov FIDE-nin may ayı reytinqində 5-cidir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün yeni reytinq siyahısını açıqlayıb.

 YeniAvropa xəbər verir  ki, azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməyib. Ş.Məmmədyarov 2781 xalla 5-ci, T.Rəcəbov 2759 xalla 12-ci pillədə qərarlaşıblar. Digər şahmatçılarımız Arkadi Naydiç 2682 xalla 58-ci, Qədir Hüseynov 2654 xalla 97-cidir. Kişi şahmatçılar arasında reytinq siyahısına hazırkı dünya çempionu norveçli Maqnus Karlsen (2861) liderlik edir. Sonrakı yerləri amerikalı Fabiano Karuana (2816 xal), çinli Dinq Liren (2805 xal) bölüşürlər.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2436 xal, 40-cı yer) və Xanım Balacayeva (2373 xal, 92-ci yer) ilk yüzlükdə yer alıblar. Qadın zəka ustaları arasında isə ilk üç pillədə çinli idmançılar Hou Yifan (2662), Vencun Cu (2590) və ukraynalı Mariya Muziçuk (2563) qərarlaşıblar.