logo

FIDE dünya çempionu adı uğrunda final qarşılaşmalarının formatını dəyişib

19:58 30-04-2019 | icon 3360
FIDE dünya çempionu adı uğrunda final qarşılaşmalarının formatını dəyişib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya çempionu adı uğrunda final matçlarının keçirilməsi ilə bağlı reqlamentə bəzi dəyişikliklərin edildiyini açıqlayıb. İndiyədək həm kişilər, həm də qadınların mübarizəsində dünya çempionu adı uğrunda final matçı 12 partiyadan ibarət idi.

 YeniAvropa xəbər verir  ki, FIDE-nin yeni qaydalarına görə, bundan sonra kişi şahmatçılar dünya çempionu adı uğrunda 14, qadınlar isə 12 partiya oynayacaqlar. Bundan əlavə, final partiyaları zamanı istirahət günlərinin sayı altı gündən beş günə endirilib. Həmçinin finalçılar 40-cı gedişə qədər sözlə heç-heçə təklif etmək hüququnu da itiriblər.

Daha bir yenilik isə mükafat fondu ilə bağlıdır. Ali şahmat qurumu finalın ümumi mükafat fondunun kişilər üçün 1 milyon avrodan 2 milyon avroyadək yüksəldilməsinə qərar verib. Qadınlarda isə final matçının mükafat fondu 500 min avro təşkil edəcək.