Bədii gimnastların dünya kubokunda çoxnövçülük yarışlarına yekun vurulub
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük yarışlarına yekun vurulub.
YeniAvropa xəbər verir ki, dünən-yarışların ikinci günü maraqlı məqamlarla yadda qalıb. Belə ki, fəxri kürsüdə rusiyalı əkiz bacılar Dina və Arina Averina yer alıblar. Halqa, top, gürzlər və lentlə hərəkətlərin yekunlarına əsasən Dina 85.600 xalla qızıl, Arina isə 79.850 xalla gümüş medal qazanıb. Turnirdə üçüncü yeri ukraynalı Vlada Nikolçenko (78.900 xal) tutub.
Qaliblərə medalları Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçiləri Yevgeniya Jidkova və Nigar Əbdüsəlimova təqdim ediblər.
Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının ən çox icra xalına görə təsis etdiyi “AGF Trophy” mükafatı da təqdim edilib. Mükafat rusiyalı gimnast Dina Averinaya verilib. Rusiya təmsilçisini bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva mükafatlandırıb.
D.Averina dörd dünya kuboku yarışlarının üçündə ən yaxşı nəticə göstərdiyi üçün FIG kubokuna da sahib olub. Kuboku Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin prezidenti Nataliya Kuzmina təqdim edib.
Azərbaycan gimnastlarından Zöhrə Ağamirova 73,350 xalla 13-cü, Veronika Qudis isə 66,400 xalla 30-cu yerdə qərarlaşıb.
Fərdi gimnastlardan sonra qrup hərəkətləri komandaları arasında çoxnövçülük yarışlarının ən güclüləri müəyyənləşib. Beş top, üç halqa və iki cüt gürzlə yarışların ümumi nəticəsinə görə Yaponiya millisi 49.250 xalla qızıl, Rusiya yığması 48.950 xalla gümüş, Bolqarıstan təmsilçiləri 48.850 xalla bürünc medal qazanıb. Azərbaycan gimnastları isə 33.100 xalla 19-cu pillədə qərarlaşıblar.
İlk üç yeri tutan qrup hərəkətləri komandaları medal və hədiyyələrlə təltif olunublar. Bolqarıstan yığması ən yüksək icra xalını topladığına görə "AGF Trophy", Rusiya komandası isə dörd dünya kuboku yarışlarının üçündə ən yaxşı nəticə göstərdiyi üçün FIG kubokuna sahib olub.
Mükafatlandırma mərasimində qaliblərə medalları və xüsusi mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, federasiyanın texniki direktoru Natalya Bulanova, yarışların katibi Nigar Mirzəyeva, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Nataliya Kuzmina təqdim ediblər.
Turnirə aprelin 28-də yekun vurulacaq. Son yarış günündə həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər üzrə final yarışları keçiriləcək. Azərbaycan gimnastı Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə mükafatlar uğrunda mübarizə aparacaq. O, aprelin 26-da keçirilən təsnifat mərhələsində həmin alətlə yarışlarda 19.800 xal toplayıb.
Qeyd edək ki, Bakıda keçirilən dünya kuboku turnirində 39 ölkədən 200-dən çox gimnast iştirak edir.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq