logo

Qubada intihar:yeniyetmə qız özünü körpüdən atdı 

17:31 23-04-2019 | icon 3990
Qubada intihar:yeniyetmə qız özünü körpüdən atdı 

Quba rayonunda yeniyetmə qız özünü körpüdən ataraq intihar etmək istəyib.

 YeniAvropa xəbər verir  ki, rayonun Möhüc kənd sakini, 2004-cü il təvəllüdlü F.M özünü Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən atıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan şəxslər onu Quba rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyi nəticəsində qız sağ qalıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.