Tale Heydərov: "Qəbələ"dən getməyin vaxtı çatmışdı
"Dünən Tale Heydərov "Qəbələ" İdman Klubu prezidentliyindən istefa verib. Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir".
YeniAvropa xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilir. Qeyd edilib ki, Tale Heydərovun rəhbərliyi altında "Qəbələ" İK möhtəşəm nəticələr qazanıb, kiçik təməldən başlayaraq Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən uğurlu komandalarından birinə çevrilib. "Qəbələ" Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa liqası qrup mərhələlərinə yüksəlib.
İstefası ilə bağlı açıqlama verən Tale Heydərov isə klubun daha da irəli gedəcəyinə inandığını deyib: “Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatıb. Mən klubun əməkdaşlarına, oyunçularına və ən əsası azərkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar”.
Məlumatda qeyd edilib ki, Klubun son illərdəki ən böyük uğurlarından biri "Qəbələ" Futbol Akademiyasının açılışı olub. 2009-cu ildə fəaliyyətə başlayan akademiya hazırda Azərbaycanın "U-21" millisinin oyunçu təlabatının 40 faizini təşkil edir və digər yaş qrupları üzrə Azərbaycan milli komandalarının əsas gənc oyunçu təminatçısıdır.
Klubun vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərovun "Qəbələ" üçün böyük işlər gördüyünü vurğulayıb: “ Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar "Qəbələ"nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin edib. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm "Qəbələ"ni ölkənin əsas futbol mərkəzlərindən birinə çevrilib. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanıb. Artıq "Qəbələ" üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərovaisə gələcək işlərində müvəffəqiyyətlər arzu edirik".
"Tale Heydərovun klubdan ayrılması bu il Bakıda açılması planlaşdırılan Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcək. Ronaldinyo akademiyası T. Heydərovun Azərbaycan futboluna bağlılığının parçasıdır və "Qəbələ" İK, eləcə də bütün ölkə üçün futbol istedadlarının yeni nəsillərini yetişdirəcək", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Tale Heydərov "Qəbələ"nin prezidenti vəzifəsində fəaliyyəti dövründə klub iki dəfə - 2015-2016 və 2016-2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Qırmızı-qaralar" 2013-2014, 2014-2015 və 2015-2016 mövsümlərində Azərbaycan Premyer Liqasında bürünc, 2016-2017 və 2017-2018 mövsümlərində isə gümüş medala yiyələnib.
Xatırladaq ki, Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb