logo

Avropa çempionatında ölkəmizi 10 qadın şahmatçı təmsil edəcək

15:49 10-04-2019 | icon 3066
Avropa çempionatında ölkəmizi 10 qadın şahmatçı təmsil edəcək

Aprelin 11-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatı start götürəcək.

 YeniAvropa xəbər verir  ki, Azərbaycanı qitə çempionatında 10 şahmatçı - Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Zeynəb və Türkan Məmmədyarovalar, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla, Fidan Ağasıyeva, Nərmin Söyünlü təmsil edəcəklər.

On bir turdan ibarət olacaq yarışda ümumilikdə 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparacaq. Turnirin reytinq favoriti rusiyalı şahmatçı Aleksandra Qoryaçkinadır (2534).

Çempionatın ümumi mükafat fondu 60 min avrodur.