logo

Olimpiya çempionumuz Şərif Şərifov Avropa çempionatının finalına yüksəlib

12:07 10-04-2019 | icon 2982
Olimpiya çempionumuz Şərif Şərifov Avropa çempionatının finalına yüksəlib

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı davam edir.

 YeniAvropa xəbər verir  ki,  ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanlar qüvvələrini sınayıblar.

Əhmədnəbi Qvarzatilov zədələndiyi üçün son anda heyətə cəlb edilən Əsgər Məmmədəliyev (61 kq) debütdə Rumıniyadan olan həmkarına müqavimət göstərə bilməyib.

Ötən il gənclər arasında dünya çempionu olan Hacımurad Hacıyev (74 kq) ardıcıl Moldova və Rumıniya təmsilçilərinə rahat qalib gələrək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında ikiqat dünya çempionu olmuş italiyalı rəqibinə qalib gələ bilməyib. H.Hacıyev aprelin 10-da bürünc uğrunda medal görüşə çıxacaq.

Murad Süleymanov (86 kq) isə Macarıstan, Almaniya və İspaniya güləşçilərinə qalib gələrək yarımfinala adlayıb. Lakin gənc güləşçimiz bu mərhələdə rusiyalı həmkarına uduzub. Beləliklə, təmsilçimiz aprelin 10-da üçüncü yer uğrunda güləşəcək.

Mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov (92 kq) Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanına da öz gücünü göstərən dünya və Olimpiya çempionumuz ardıcıl ikinci, ümumilikdə üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib.

Çempionatda 125 kiloqram çəki dərəcəsində çıxış edən Seyid Məhəmmədrza Azərşakib isə ilk mərhələdə kosovolu güləşçiyə məğlub olub.