Aprelin 11-dən 14-dək Antalyada yeniyetmə güləşçilər arasında “Victory Cup” turniri keçiriləcək. Yarışda ölkəmizi hər üç yığmamız təmsil edəcək.
YeniAvropa xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında 12 sərbəst güləşçi - Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Riad Aslanov, Zirəddin Bayramov (hər ikisi 55 kq), Fərhad Kərimli, Mamed Əhmədov (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məmmədəli Əliyev (71 kq), Abdulcəlil Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) mübarizə aparacaq.
Yunan-Roma güləşində böyük məşqçi Taleh İsrafilov və məşqçi Əbülfət Məmmədovun tapşırıqlarını Fərid Sadıqlı (45 kq), Cavidan Məmmədli, Məlik Əliyev (hər ikisi 48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli, Yadigar Qaybəliyev (hər ikisi 55 kq), Həsrət Cəfərov, Əli Əliyev (hər ikisi 60 kq), Xasay Həsənli (65 kq) və Laçın Vəliyev (92 kq) icra edəcək.
Qızların yarışında isə böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Həşimzadənin rəhbərliyi altında Zenfira Həşimova (43 kq), Lalə Mirzəyeva (46 kq), Gültəkin Şirinova (49 kq), Elnurə Məmmədova (53 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Zaur Şərifov ədaləti qoruyacaq.