Aprelin 8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş Assambleyasının iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda İHİF-in və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib. Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov və MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov da tədbirə qatılıblar.
İHİF-in prezidentliyinə namizəd, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti, Şahzadə Abdulaziz bin Turki Alfaisal tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef bin Ahmed Al-Osaymin, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malboum hesabat məruzələr ilə çıxış ediblər.
Sonra federasiyaya prezident seçkiləri keçirilib. İHİF-in İcraiyyə Komitəsi üzvlərinin yekdil səsi ilə Şahzadə Abdulaziz bin Turki Alfaisal qurumun prezidenti seçilib.