logo

"Shamkir Chess 2019": Şahmatçılarımız 7-ci turda heç-heçə ediblər

22:17 07-04-2019 | icon 3269
"Shamkir Chess 2019": Şahmatçılarımız 7-ci turda heç-heçə ediblər

Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində yeddinci turun oyunları keçirilib.

 YeniAvropa xəbər verir  ki,  bu turda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla heç-heçə oynayıb.

Turnirin digər partiyalarında norveçli dünya çempionu Maqnus Karlsen hollandiyalı Aniş Girini məğlub edib. Çexiyalı David Navaranın rusiyalı Sergey Karyaginlə, hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandın Aleksandr Qrişukla partiyaları da heç-heçə başa çatıb.

Yeddi turdan sonra Maqnus Karlsen 5 xalla liderliyini davam etdirir. Sergey Karyakin 4,5 xalla ikinci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3,5 xal toplayıblar. Şəhriyar Məmmədyarovun 2,5, Aniş Girinin 2 xalı var.

Turnirə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.