logo

"Shamkir Chess 2019": Bu gün yeddinci turun oyunları keçiriləcək

18:47 07-04-2019 | icon 3248
"Shamkir Chess 2019": Bu gün yeddinci turun oyunları keçiriləcək

Bu gün Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində yeddinci turun oyunları keçiriləcək.

YeniAvropa xəbər verir  ki, növbəti oyunlarda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla mübarizə aparacaq.

Turnirin digər partiyalarında hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand Aleksandr Qrişuk, çexiyalı David Navara rusiyalı Sergey Karyagin, norveçli dünya çempionu Maqnus Karlsen hollandiyalı Aniş Giri ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən turda Ş. Məmmədyarov bolqarıstanlı Veselin Topalova məğlub olub, Teymur Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla heç-heçə edib.

Altı turun nəticəsinə görə, Maqnus Karlsen və Sergey Karyakin 4 xalla ilk iki pillədə qərarlaşıblar. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3 xal toplayıblar. Aniş Giri və Şəhriyar Məmmədyarovun 2 xalı var.

Turnirə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.