logo

Cüdoçumuz Rüstəm Orucov Antalya "Qran-Pri"sinin finalına yüksəlib

16:28 06-04-2019 | icon 3507
Cüdoçumuz Rüstəm Orucov Antalya "Qran-Pri"sinin finalına yüksəlib

Azərbaycan cüdoçusu Rüstəm Orucov Antalyada keçirilən "Qran-Pri" yarışında uğurla mübarizə apararaq finala yüksəlib.

YeniAvropa xəbər verir  ki, turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı cənubi koreyalı Hyunçeol Kanq, qambiyalı Faye Njie, ukraynalı Dmitro Kanivets və rusiyalı Leçi Ediyevi məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada idmançımızın rəqibi Koreya Respublikasının digər təmsilçisi Çanqrim An olacaq. Ç.An 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibidir.

Qran-Prinin birinci günündə Gültac Məmmədəliyeva 52 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.