logo

Salome Zurabişvili azərbaycanlıların Novruz bayramını təbrik etmək üçün Borçalıya gedir

11:12 19-03-2019 | icon 3087
Salome Zurabişvili azərbaycanlıların Novruz bayramını təbrik etmək üçün Borçalıya gedir

Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinə ikigünlük səfər edəcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə Gürcüstan prezidentinin Administrasiyası məlumat yayıb.Qeyd edilib ki, səfər çərçivəsində dövlət başçısı yerli sakinlərlə görüşəcək və istehsal müəssisələrinə baş çəkəcək.

S.Zurabişvilinin Kvemo Kartli bölgəsinə səfərinin məqsədi yerli inkişaf prosesləri ilə tanış olmaq və seçkiöncəsi vədlərinə uyğun olaraq Gürcüstanın bölgələrinin inkişafına dəstək verməkdir.

Prezident həmçinin Marneuli rayonunun Tamarisi kəndində müəllim və məktəblilərlə görüşəcək, müasir avadanlıqla təchiz olunmuş istixana, Bolnisi rayonunda Diyarşünaslıq Muzeyi, Katarinenfeld alman məhəlləsi və eko-miqrant qadınların pendir istehsalı müəssisəsinə baş çəkəcək.

Salome Zurabişvili bölgəyə səfərini martın 20-də Qardabani rayonunda başa vuracaq və azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edəcək.