Gürcüstan parlamentinin hüquq məsələləri komitəsinin bugünkü iclasında deputatlar arasında dava olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, komitə iclasında hakimlərin seçilməsi ilə bağlı məsələ müzakirə olunub. Prosedur qaydaların müzakirəsi zamanı “Avropa Gürcüstanı” partiyasından olan deputat Otar Kaxidze ilə parlament çoxluğunun üzvü İrakli Bereya arasında qarşıdurma yaranıb.
Nəticədə əlbəyaxa olan deputatları təhlükəsizlik xidmətini əməkdaşları sakitləşdiriblər.