logo

Gürcüstan-Türkiyə sərhədində 100 min dollarlıq qızıl-zinət əşyaları müsadirə olunub

12:59 18-03-2019 | icon 3178
Gürcüstan-Türkiyə sərhədində 100 min dollarlıq qızıl-zinət əşyaları müsadirə olunub

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti Türkiyə ilə sərhəddə yerləşən “Sarpi” keçid məntəqəsində böyük həcmdə qiymətli metal, qızıl-zinət əşyalarının qanunsuz dövriyyəsinin qarşısını alıb.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, qaçaqmalçılardan ümumi dəyəri 240 min lari (92 min dollar) olan 22 kiloqram gümüş və 2,5 kiloqram qızıl-zinət əşyaları götürülüb. Hələlik adları açıqlanmayan şəxslər bu qədər qiymətli əşyanı Türkiyədən Gürcüstana gətirmək istəyiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.