Venesuelanın paytaxtı Karakasın bir sıra rayonlarında elektrik təchizatı qismən bərpa olunub. Lakin şəhərin xeyli hissəsi yenə də işıqsız qalır.
YeniAvropa xarici KİV-ə istinadla birdirir ki, ölkənin digər regionlarında da elektrik enerjisi yoxdur. Ən mürəkkəb vəziyyət xəstəxanalarda müşahidə olunur. Bəzi müalicə müəssisələri əllə işlədilən mexaniki vasitələrdən istifadə etmək məcburiyyətində qalıb.
İnformasiya naziri Xorxe Rodriges miqyaslı açılmaya ölkədə ən böyük hidroelektrik stansiyasının avtomatik nəzarət sisteminə yönəlmiş kiberhücumun səbəb olduğunu bildirib. Onun fikrincə, bu hücum ABŞ ərazisindən edilib.
Xatırladaq ki, Karakasda elektrik enerjisi martın 7-də pik vaxtı kəsilib. Bunun ardınca ölkənin digər regionları da işıqsız qalıb.