Estoniyanın Mərkəzçi partiyası parlament seçkilərində qalib gəlmiş İslahatlar partiyası ilə koalisiya hökuməti qurmaqdan imtina edib.
YeniAvropa xəbər verir ki, İslahatlar partiyası koalisiya hökuməti qurmaq üçün Mərkəzçi partiyaya müraciət etmişdi. Lakin bu partiyanın idarə heyətinin iclasında təklifə rədd cavabı verilib.
Mərkəzçi partiyanın sədri Yuri Ratas təklifə rədd cavabının verilməsinin əsas səbəbi kimi vergi siyasəti ilə bağlı mövqelərinin fərqli olmasını göstərib.